Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 146 doza vaksin vurulub
Səhiyyə

Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 146 doza vaksin vurulub

Mayın 20- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 146 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 54, ikinci doza vaksinlərin sayı 70, üç daha çox doza vaksinlərin sayı 20, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 957, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 241, ikinci mərhələ üzrə 4 milyon 883 min 224, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 289, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 203-dür.             

 

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 727 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 376 nəfər müalicə olunaraq sağalıb, 10 min 272 nəfər vəfat edib. Aktiv xəstə sayı 79 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1144, indiyə qədər isə ümumilikdə 7 milyon 610 min 914 test icra olunub.