Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Egils Levitsə
Məktublar

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Egils Levitsə

Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan-Latviya dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 noyabr 2021-ci il