İsrail portalı Ulu Öndər Heydər Əliyevlə bağlı məqalə yayıb
Digər xəbərlər

İsrail portalı Ulu Öndər Heydər Əliyevlə bağlı məqalə yayıb

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevlə bağlı yazdığı məqalə İsrail mətbuatında yayımlanıb.

AZƏRTAC xəbər verir ki, İsrailin Thej.ca agentliyində dərc olunan "Heydər Əliyev və Azərbaycan-İsrail münasibətləri" sərlövhəli məqalədə Ümummilli Liderin İsrail-Azərbaycan münasibətlərinin qurulması və inkişafındakı rolundan söz açılır.

Məqalədə İsrailin Azərbaycanın ən önəmli strateji müttəfiqlərindən biri olduğu vurğulanıb. Eyni zamanda, qeyd edilib ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra iki ölkə arasındakı münasibətlər daha da inkişaf edək.

Yazıda, Ümummilli Liderin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər yüksək səviyyəyə çatdırılıb.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müxtəlif dövlətlərlə yanaşı, İsraillə əlaqələrin inkişafına da xüsusi diqqət yetirdiyi qeyd olunub. İsrail mətbuatının birinci xanım Mehriban Əliyevanın fəaliyyətinə diqqətlə yanaşdığı vurğulanıb.