“Heydər Əliyev Masallıda”  adlı dəyirmi masa
Digər xəbərlər

 “Heydər Əliyev Masallıda”  adlı dəyirmi masa

Heydər Əliyev-100

 Masallıda  ulu öndər  Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər ara vermir. Növbəti belə tədbir  rayon  Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunub. Yeni Azərbaycan Partiyası  Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatlarının dəstəyi sayəsində baş tutan  “Heydər Əliyev Masallıda”  adlı dəyirmi masada  partiya veteranları, gənclər və media nümayəndələri iştirak edib.

Tədbir dahi şəxsiyyət,   ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının   əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə  başlanıb.

 Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü  Əntiqə Tağıyeva, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, XX və XXI əsrlərin böyük  siyasətçisi Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən, gərgin, yorulmaz fəaliyyətindən danışıb,  ulu öndərin Masallı və masallılar haqqında söylədiyi dəyərli fikirləri xatırladıblar.

 Çıxış edənlər ulu öndərlə bağlı xatirələrini  söyləyib, Heydər Əliyevin Masallı ziyalıları və əmək adamları ilə görüş günlərini yaşayanlar kimi, özlərini  xoşbəxt insan hesab etməklə qürur duyduğunu deyiblər. 

Zəfər ORUCOĞLU,

 Azərbaycan Jurnalistlər  Birliyinin üzvü.