Haqlı tələbimiz yerinə yetirilməlidir
Digər xəbərlər

Haqlı tələbimiz yerinə yetirilməlidir

Qarabağ iqtisadi rayonu ərazisindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarına etiraz edən azərbaycanlı ekofəalların, könüllülərin, QHT üzvlərinin keçirdikləri dinc aksiya on gündən çoxdur ki, davam edir. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Qarlı, şaxtalı havada aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Etirazçıların haqlı tələbinə cavab verilməməsi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında ermənilər tərəfindən talan edilən yataqların istismarının dayandırılmasına məsuliyyət daşıyan general Volkovun bu cinayətlərə göz yummasını Rubenyanla kirli iş birliyinin olmasına şübhələr yaradır. Əslində, ermənilər işğal etdikləri torpaqlarımızda otuz ilə yaxın quldurluqla, talançılıqla məşğul olublar, təbii sərvətlərimizə qənim kəsiliblər. Xankəndidəki separatçı, xunta rejiminin rəhbəri Araik Arutyunyan və oğru milyarder Ruben Vardanyanın əsas məqsədi və hədəfi Qarabağdakı ermənilərin həyat şəraitinin yaxşılaşdırılması deyil, Azərbaycana məxsus sərvətləri talayaraq satmaqdır. Sadə, dinc və açıq fikirli erməniləri əgər varsa, sözün əsl mənasında girovluqda saxlayan cütlüyün quldur dəstələri səsini çıxarmaq istəyənləri döyür, onlara təzyiq göstərirlər.

Ermənilər köhnə peşələrinə, azərbaycanlılara qarşı yalana, iftiraya, şantaja, böhtana, qarayaxmaya başlayıblar. "Blokada", "humanitar fəlakət" qışqıran erməni xunta rejiminin quldurları dünyanı aldatmağa, fikirləri çaşdırmağa, suyu bulandırmağa, yalan və hiylə ilə öz maskalarını qorumağa cəhd edirlər. Ermənilər adi bir həqiqəti başa düşmək istəmirlər ki, yaşadıqları torpaqlar Azərbaycanın suveren əraziləridir. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır, separatçıların mühasirəsinə düşən və onların zəhərli ideyalarının əsirinə çevrilən erməni vətəndaşları xilas etmək üçün Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər. Bu, onun halal haqqıdır. Erməni separatçıları MDB ölkələrindən kömək umur, Rusiyadan Qərbə şikayət edir, ora-bura baş vuraraq öz çirkin niyyətlərini gizlədirlər. Həmin quldurlar unudurlar ki, MDB ölkələri, o cümlədən dünya ölkələri birmənalı olaraq Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyır.

Kor tutduğunu buraxmayan kimi, Araik və Ruben də anlamaq istəmirlər ki, sözügedən ərazinin sahibi Azərbaycandır. Erməni separatçılarının yaddaşını təzələmək üçün yada salaq ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. İndi ölkəmiz beynəlxalq hüquq və dünya dövlətləri tərəfindən tanınan və qəbul edilən ərazisinə tam nəzarət etməli və ərazisində terror və talanın davam etdirilməsinə yol verməməlidir. Çünki ölkənin hər bir nöqtəsinə nəzarət etmək dövlətimizin beynəlxalq qanunlarla qorunan suveren hüququdur.

Əslində, Qərblə Rusiya arasında qalan Ermənistan hakimiyyəti, Xankəndidəki separatçılar, ikili oyun oynamağa çalışır, hadisələrin əsl mahiyyətini gizlədir, saxta göz yaşları tökür, guya ölüm ayağındadırlar, dünyadan kömək istəyirlər. Həqiqət isə belədir ki, rus sülhməramlılarının arxasında gizlənən bu oğruların məqsədi Azərbaycanın təbii sərvətlərini talamaq və satmaqdır. Böyük rus şairi A.S.Puşkin hələ 200 il bundan qabaq ermənilərə xitabən yazıb ki, sən qorxaqsan, sən köləsən, sən ermənisən. Tarixə səyahət etdiyimiz üçün ermənilərlə bağlı bəzi məqamlara yenidən nəzər salaq. Bir əsr bundan əvvəl ermənilərə sual verirdilər ki, onların türklərə qarşı başlatdıqları münaqişələr nə vaxt bitəcək. Keçmiş əsrlərdə olduğu kimi, ermənilər XXI əsrdə də leksikona münaqişə terminini salıblar. Bütün qonşuları ilə, cənubda türklərə, şimalda ruslara, qərbdə gürcülərə, şərqdə azərbaycanlılara qarşı ərazi iddiaları qaldıran acgöz ermənilərə deyirdilər ki, quraşdırdığınız bu əsatirlər nə vaxt bitəcək?! Tarixi mənbələrdə bildirilir ki, ermənilər bu yer üzünə peyda olandan bütün dünyada erməni xalqı haqqında əsatirlər yaymaqla məşğul olublar və hələ də məşğul olurlar. Onlar bir ölkədən başqa ölkəyə köç ediblər və hər yanda nifrət qazanıblar. XIX əsrin görkəmli tarixçisi Aleksandr Anninskiy yazırdı ki, ermənilər öz mövcudluqları dövründə heç bir şey yaratmayıblar. Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Kerzon 13 mart 1920-ci il çıxışında ermənilər haqqında deyirdi: "Mənə elə gəlir ki, siz hamınız erməniləri saf, təmiz, 8 yaşlı qız kimi təsəvvür edirsiz. Siz çox yanılırsız. Ermənilər, xüsusilə özlərinin son vəhşilikləri ilə bizə sübut etdilər ki, onlar necə şeytan (məkrli, kinli) və barbar bir xalqdır".

2020-ci ildə qələbə əldə edəndən sonra Azərbaycan işğaldan azad etdiyi torpaqlarda böyük quruculuq, bərpa və yenidənqurma işlərinə başlayıb. Eyni zamanda, azad edilən yaşayış məntəqələrinə əsl sahibləri qayıdıb və qayıtmaqda davam edirlər. Lakin çox böyük və təhlükəli bir vəziyyətlə üz-üzə qalmışıq, işğalçı Ermənistan bütün əraziləri minalayıb, torpaqlarımıza ölüm toxumu səpiblər. Ermənistan məğlub olandan sonra əraziləri boşaltmaq üçün vaxt aldığı müddətdə də köçüb getdikləri yerləri başdan-başa minalayıblar. Bu isə həm Azərbaycanın öz suveren ərazilərində hərəkəti, həm də insanların öz dədə-baba yurdlarına qayıdışını ləngidir, insanların həyatı təhlükəyə atılır.

Torpaqlarımızı minalarla zəhərləyən ermənilər indi də sərvətlərimizi talamağa cəhd edirlər.Aksiya iştirakçıları da mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər. Bu aksiya həm də Ermənistanın mina terroruna qarşıdır. Artıq dünya ictimaiyyəti də açıq-aydın görür ki, ermənilərin mina terroru və insanlıq əleyhinə cinayətləri hələ də davam edir. Ona görə də Azərbaycan vətəndaşları haqlı olaraq keçirdiyi etiraz aksiyalarında tələb edirlər ki, suveren torpaqlarımızda bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin, onların ayrıca nəzarət-buraxılış məntəqələri yaradılsın.

Bu günlərdə Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni baş nazirin ittihamlarının qəbuledilməz olduğunu vurğuladı. Eyni zamanda, Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətə görə ermənilərin günahkar olduğuna eyham vuraraq bildirdi ki, bu problem Azərbaycan ekoloqlarının aksiyası və ya rus sülhməramlıların öz missiyasını yerinə yetirməməsi ucbatından yaranmayıb. Erməni tərəfi Azərbaycan ekoloqlarının faydalı qazıntı yataqlarında araşdırma aparmasını nəzərdə tutan anlaşmanı pozaraq onlara əngəl törətdikdən sonra belə bir vəziyyət yarandı.

Öz növbəsində respublikamızın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının erməni fırıldaqçısı ilə bağlı prinsipial mövqeyini Rusiya siyasi dairələrinə çatdıraraq bildirib ki, Ruben Vardanyan regionu nə qədər tez tərk etsə, bu, hamı üçün bir o qədər yaxşı olar. Özünü erməni icmasının rəhbəri kimi təqdim edən bu şəxsin Qarabağa heç bir aidiyyəti yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə xalqımızın haqlı narazılığını ifadə edərək bildirib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanafobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir.

Salman ALIOĞLU,

"Respublika".