Gürcüstanlı parlamentari: Azərbaycanın gender bərabərliyi sahəsində uğurlu təcrübəsindən faydalanmaq niyyətindəyik
Digər xəbərlər

Gürcüstanlı parlamentari: Azərbaycanın gender bərabərliyi sahəsində uğurlu təcrübəsindən faydalanmaq niyyətindəyik

Mayın 24- Milli Məclisdə parlamentin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Gürcüstan parlamentinin üzvü, Gender bərabərliyi üzrə Daimi Parlament Şurasının, həmçinin Aqrar məsələlər komitəsinin sədri Nino Tsilosanin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında dostluq əlaqələrindən danışan komitə sədri Azərbaycanın Gürcüstanın Cənubi Qafqazın inkişaf etmiş ölkələri olduğunu, sülhə, sabitliyə dəstək verdiklərini vurğulayıb.

Azərbaycanda qadın hüquqlarının gender bərabərliyinin qorunmasının qanunvericiliklə tənzimləndiyini bildirən Hicran Hüseynova bu istiqamətdə mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

Ölkəmizin uzun müddət Ermənistanın işğalından əziyyət çəkdiyini xatırladan komitə sədri hələ Ermənistanın girovluğunda olan qadınlarımızın, itkin düşmüş uşaqlarımızın olduğunu bildirib.

Hicran Hüseynova hər iki ölkədə erkən nikah probleminə toxunub, bu problemin qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasının vacibliyini bildirib.

Gürcüstan parlamentinin üzvü Nino Tsilosanin ölkəsində Azərbaycana münasibətin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən məmnunluğunu bildirən parlamentari ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qonaq Gürcüstan Azərbaycan parlamentlərinin qadın məsələləri ilə bağlı komitələrinin sıx əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. Ölkəmizin gender bərabərliyi sahəsində uğurlu təcrübəsi olduğunu qeyd edən Nino Tsilosanin bu təcrübədən faydalanmaq arzusunda olduqlarını bildirib təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı digər maraq doğuran məsələlər barədə ətraflı müzakirələr aparılıb.