Gənclər və idman naziri Biləsuvarda vətəndaşlarla görüşüb
Digər xəbərlər

Gənclər və idman naziri Biləsuvarda vətəndaşlarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov martın 9-da Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, qəbuldan əvvəl Biləsuvarda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Biləsuvar Gənclər Evində keçirilən görüşdə nazir vətəndaşları diqqətlə dinləyib, onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.