“Gəncə Avtomobil Zavodu” İB-nin 2020-ci ilin Maliyyə Hesabatları  
Digər xəbərlər

“Gəncə Avtomobil Zavodu” İB-nin 2020-ci ilin Maliyyə Hesabatları  

“Gəncə Avtomobil Zavodu” İB-nin 2020-ci ilin maliyyə hesabatlarının auditinə dair MÜSTƏQİL AUDİTORUN HESABATI

Tarix: 05.08.2021                                                                   №  MHZERmcqdE

Müsbət rəy

Mən, “Gəncə Avtomobil Zavodu” İB-nin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə mühasibat uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları İstehsalat Birliyinin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini  Maliyyə Hesabatlarının  Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən  maliyyə hesabatlarının auditinə aid olan etik tələblərə uyğun olaraq İstehsalat Birliyindən asılı deyiləm və  digər etik öhdəlikləri bu tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşmasında bütövlükdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və İstehsalat Birliyinin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik Maliyyə Hesabatlarını, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik İstehsalat Birliyinin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər İstehsalat Birliyinin    maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim  məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə edim və rəyimin də daxil olduğu auditor hesabatını tərtib edim. Kafi əminlik əminliyin yüksək səviyyəsidir. Lakin o zəmanət vermir ki, BAS-lara uyğun olaraq aparılan audit mövcud təhrifləri həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər. Mən auditi elə şəkildə planlaşdırmalı və aparmalıyam ki, maliyyə hesabatlarına təsir edən əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olum. İstifadəçilərə tərəfimdən təsdiq edilərək təqdim ediləcək maliyyə hesabatları əsasında qəbul edəcəkləri iqtisadi qərarlara təsir edəcək təhriflər əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü,

Sərbəst auditor                                                                              

Qulu Mehbalı oğlu Soltanov

Gəncə, Azərbaycan Respublikası.