Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
MÜSAHİBƏLƏR

Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır

Burada aparılan quruculuq işləri ilə tanış olduq. Pakistan olaraq biz buradakı quruculuq işlərinə öz töhfəmizi verməyə şad olarıq. Hətta burada turizmin inkişafına da dəstək olmağa hazırıq.

Bu fikirləri Şuşada səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər AZƏRTAC-a açıqlamasında söyləyib.

O, həmçinin bildirib: “Biz bölgənin iqtisadi inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox şadam ki, Azərbaycan bu ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir. Ümid edirəm ki, indi gördüyümüz bu ərazilər yaxın zamanlarda inkişaf etmiş bölgəyə çevriləcək”.

AZƏRTAC