Energetika Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru ilə görüş
İQTİSADİYYAT

Energetika Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru ilə görüş

Energetika nazirliyində Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin, İnvestisiya İdarəsinin və Milli Şirkətlərin Təşviqi Proqramının nümayəndələrindən ibarət heyətlə geniş formatda görüş keçirilib. Görüşdə ölkəmizin enerji sektorunda mövcud və gələcək investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin, İnvestisiya İdarəsinin və Milli Şirkətlərin Təşviqi Proqramının nümayəndələrindən ibarət heyətlə energetika nazirinin müavini Kamal Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanın neft-qaz yataqları, qlobal əhəmiyyətli enerji nəqli layihələri, "yaşıl enerji" potensialı, sahəyə özəl investisiyaların cəlbi məqsədilə hərracların keçirilməsi, habelə digər strateji hədəflər və planlar haqqında məlumat verilib. Həm neft və qaz layihələri üzrə, həm də bərpa olunan enerji, o cümlədən dənizdə külək enerjisi və su üzərində quraşdırılan günəş enerjisi layihələri üzrə investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".