Digər xəbərlər

"Ən yaxşı snayper" adı uğrunda yarış 

Bu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, altı mərhələdən ibarət olan yarışda hərbi qulluqçular "Snayper müdafiədə", "Snayper hücumda" və digər mövzular üzrə atəş çalışmalarında bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Yarış aprelin 15-dək davam edəcək.

AZƏRTAC