Elin fəxri oğullar
Sosial həyat

Elin fəxri oğullar

Hacıqabul şəhərinin giriş hissəsində salınmış Şəhidlər Xiyabanı hər zaman ziyarət olunur. Burada Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətən oğulları uyuyurlar.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan anım mərasimlərində rayonun idarə-müəssisə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid valideynləri iştirak edirlər. Mərasimdə şəhid ailələrinin problemləri dinlənilir, mümkün olan məsələlər yerində həll olunur. Növbəti belə tədbirdə Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakini Ruslan Allahyar oğlu Baladov vəfatının ildönümündə anıldı. Mərasim iştirakçıları şəhidin doğulub böyüdüyü evə gəldilər.

 Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakini şəhid ailəsini ziyarət etdilər. Ailə üzvləri ilə ətraflı söhbət aparılıb qayğı və problemlərilə maraqlandılar.

Tofiq HÜSEYN,

"Respublika".