Dünən Azərbaycanda COVID-19 əleyhinə 28 min 427 vaksin vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 28 min 427 vaksin vurulub

Martın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 28 min 427 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1627, ikinci doza vaksinlərin sayı 1717, üç və daha çox doza vaksinlərin sayı - 23 min 552, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1531 olub.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 111 min 19, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 305 min 977, ikinci mərhələ üzrə 4 milyon 792 min 145, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 801 min 802, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 211 min 95-dir.

AZƏRTAC