Doğma torpaqlarımıza qayıdırıq
Digər xəbərlər

Doğma torpaqlarımıza qayıdırıq

Tarixi qələbəmizin üstündən artıq iki ildən çox vaxt keçir. Azərbaycan öz gücünü İkinci Qarabağ müharibəsində dünyaya bir daha nümayiş etdirdi. Hazırda həmin bölgədə yenidənqurma işləri sürətlə davam edir. Doğma torpaqlarımız yenidən dirçəlir yavaş-yavaş öz əzəli sakinlərinə qovuşur. Qarabağ bölgəsindəki tikililər, salınmış yollar regionda ilklərdən olacaq.

Artıq Ağalı kəndinə yüzlərlə həmyerlimiz təhlükəsiz yerləşdirilib. Digər bölgələrimizə, Laçına isə ilin sonuna qədər köçürülmə nəzərdə tutulub. Politoloq Amid Əliyev bildirir ki, hazırda Qarabağda ciddi işlər gedir: "İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə irimiqyaslı yenidənqurma bərpa işlərinə başladı. 30 il ərzində tamamilə dağıdılmış infrastruktur yenidən qurulur. Burada infrastruktur obyektləri nəqliyyat yollarının çəkilməsi əsas hədəf kimi müəyyən olunub.

Bu işlər bir neçə əsas istiqamət üzrə aparılır. Birincisi, bölgədə müvafiq enerji mənbələrinin bərpası yenidən qurulması işidir ki, burada sıradan çıxmış Su elektrik stansiyalarının qurulması, enerji mənbələrinin bərpası yeni elektrik, su qaz xətlərinin çəkilməsi ehtiva olunur.

Zəngilanda Laçında yaradılmış yol infrastrukturu hava limanları daha çox diqqəti cəlb edir. Ümumilikdə bölgədə yeni nəqliyyat mərkəzinin yaradılması ideyası uğurla icra edilir. Belə ki, Füzuli Hava Limanından sonra Laçın Hava Limanının işə salınması planlaşdırılır.

Bu da öz növbəsində Laçının sosial görünüşünü tamamilə dəyişəcək. Laçında hava limanının tikintisi olduqca strateji əhəmiyyət daşıyır. Buradan Türkiyə, Gürcüstan eləcə Cənub-Şərqi Avropa ölkələrinə uçuşların həyata keçirilməsi ümumilikdə bölgədə iqtisadi həyatın canlanmasına xidmət edəcək. Bundan əlavə, daşınan yüklərin böyük bir hissəsinin məhz hava yolu ilə həyata keçirilməsi məhz Laçın Hava Limanının  üzərinə düşəcək. Bu, həm Laçın rayonu sakinlərinin  məşğulluq səviyyəsinə əhəmiyyətli şəkildə təsir etmiş olacaq. Laçının sürətli şəkildə yenidən qurulması məskunlaşdırılmasının siyasi əhəmiyyəti   vardır.

Laçına yerli əhalinin qaytarılması Ermənistanın bu istiqamətdəki nəzəri iddialarını alt-üst edəcək sərhədlərin müəyyən olunması məsələsinə müsbət təsir göstərəcək. Laçın yolu ətrafında yaranmış vəziyyətin keyfiyyətcə yeni mərhələyə keçməsi rayonun məskunlaşma siyasəti ilə öz həllini tapmış olacaq. Eləcə Xankəndi ətraf ərazilərdə yaşayan separatçı meyilli ermənilərin Laçının məskunlaşmasından sonra bölgədə manevr imkanları azalacaq. Çünki rayona əhali ilə yanaşı, dövlət orqanları da köçürüləcək. Bu da gələcəkdə çox asanlıqla Xankəndi digər ərazilərin sürətli şəkildə Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə təsir göstərəcək. Əgər indiyə qədər  Xankəndiyə yaxın ərazi kimi Şuşada irimiqyaslı işlər aparılırdısa, Laçının məskunlaşması tam şəkildə dövlət orqanlarının orada təmin edilməsi ətraf ərazilərin yaxın gələcəkdə qurulmasına imkan yaradacaq.

Qeyd olunanlarla yanaşı, Laçının yerləşdiyi ərazinin strateji əhəmiyyətini nəzərə alsaq, onda köçürmənin iri strateji layihələrin burada sürətli şəkildə aparılmasının mahiyyətini anlamaq olur. Ölkə başçısının ötən gün verdiyi müsahibədən məhz bu məqamları əxz etmək olur. Laçında həyatın bərqərar olması Azərbaycanın siyasi, iqtisadi sosial hərbi məqsədlərinə tam uyğundur".

Töhfə SƏMƏDOVA,

 "Respublika".