Ceyhun Bayramov: Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri hər zaman sıx olub
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri hər zaman sıx olub

Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

"Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunan torpaqlarımızın bərpasında Türkiyə şirkətləri fəal iştirak edirlər", - deyə nazir qeyd edib.

Ceyhun Bayramov həmkarı ilə görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin nəzərdən keçirildiyini söyləyib. Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 12 faiz artıb. Lakin potensial bundan qat-qat yüksəkdir.

Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır

Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu, Ermənistan üçün bir fürsətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu fürsətdən necə istifadə etmək barədə qərar verməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

C.Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ermənistanla münasibətlərin normallaşması məsələsində ölkələrimiz arasında koordinasiya var.

AZƏRTAC