Bu gün Azərbaycanda COVID-19 əleyhinə 37 min dozaya yaxın peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 37 min dozaya yaxın peyvənd vurulub

Fevralın 2-də Azərbaycanda 36 min 866 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1412, "buster" doza ilə peyvənd olunanların sayı isə 32 min 392 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 75 min 995, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 236 min 758, ikinci mərhələ üzrə 4 milyon 745 min 6, "buster" doza vaksinlərin ümumi sayı isə 2 milyon 94 min 231-dir.

AZƏRTAC