Banklarda qiymətli kağızlara investisiyalar yüksəlib
İQTİSADİYYAT

Banklarda qiymətli kağızlara investisiyalar yüksəlib

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qiymətli kağızlara investisiyalar aktivlərinin həcminə görə Azərbaycanın 5 ən böyük bankından 3-də artıb, 2-sində isə azalıb.

Mərkəzi Bank hesabatında  xəbər verir ki, qiymətli kağızlara investisiyaları ən çox Kapital Bank artırıb. 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qiymətli kağızlara investisiyalar Kapital Bankda 393 milyon 711 min manat artaraq 30 sentyabr 2021-ci il tarixində 1 milyard 29 milyon 267 min manata çatıb. Bankın qiymətli kağızlara investisiyaları 2020-ci ilin sonunda 635 milyon 556 min manat təşkil etmişdi.  PAŞA Bankın qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 211 milyon 577 min manat artaraq 1 milyard 767 milyon 731 min manata çatıb. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 1 milyard 556 milyon 154 min manat təşkil etmişdi. Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 53 milyon 754 min manat artaraq 1 milyard 321 milyon 730 min manata yüksəlib. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 1 milyard 267 milyon 976  min manat təşkil etmişdi.

Qeyd edək ki, banklar daha çox dövlət istiqrazlarına və Mərkəzi Bankın notlarına investisiya yatırırlar.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.