Azərbaycanın müdafiə naziri Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Sosial həyat

Azərbaycanın müdafiə naziri Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 1-də general-polkovnik Z.Həsənov Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

AZƏRTAC