AZƏRBAYCANDAN DÜNYAYA UZANAN BORU
İQTİSADİYYAT

AZƏRBAYCANDAN DÜNYAYA UZANAN BORU

KƏMƏRLƏRİBeynəlxalq miqyasda yaşanan enerji qıtlığı fonunda dövlətimizin apardığı siyasət düşünülmüş strategiya uğurla həyata keçirilir

Azərbaycan Respublikasının yeni neft strategiyasının nailiyyətləri haqqında danışarkən qeyd etmək lazımdır ki, ölkəmiz beynəlxalq neft şirkətləri korporasiyaları, işgüzar dairələr tərəfindən böyük investisiya qoyuluşları hesabına dünya enerji bazarında neft-qaz layihələrində mühüm amilə çevrilmişdir. Ümumiyyətlə, "Əsrin müqaviləsi" imzalanandan bu günədək 25-dən çox xarici neft şirkəti ilə müqavilələr imzalanmışdır. Bu sazişlər nəticəsində Azərbaycanın neft-qaz sənayesinə 65 milyard dollara yaxın sərmayə qoyuluşu nəzərdə tutulurdu ki, bu da ölkənin bir çox sahələrdə gələcək inkişafının real təminatıdır. Azərbaycana məxsus karbohidrogen ehtiyatlarının bir neçə marşrut üzrə dünya bazarlarına sərbəst sürətli ixracını təmin etmək üçün boru kəmərlərinin uğurla tikintisi istismarı xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft son dövrlər üç marşrut üzrə ixrac edilir: Bakı-Novorossiysk (Rusiya Federasiyasının Qara dəniz sahilində Novorossiysk şəhəri vasitəsilə); Bakı-Supsa (Gürcüstanın Supsa limanı vasitəsilə) Bakı-Tbilisi-Ceyhan (Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi vasitəsilə Avropa bazarlarına). İlkin neft layihəsinin həyata keçirilməsi onun dünya bazarına çıxarılması "Azəri", "Çıraq" "Günəşli" yataqlarında işlərin intensivləşməsinə, o cümlədən Azərbaycanda karbohidrogen ehtiyatlarının işlənməsinə, yeni investisiyaların cəlb edilməsinə səbəb olub.

Qlobal miqyasda 733 milyon insan elektrik enerjisindən istifadə edə bilmir 2,4 milyard insan hələ sağlamlıqlarına ətraf mühitə zərərli yanacaqlardan istifadə edir.

Mütəxəssislər bildirir ki, hazırkı tərəqqi tempində 2030-cu ilə qədər dünya tamamilə yaşıl enerji ilə təmin edilməyəcək. Bərpaolunan enerji mənbələri ölkələrə iqlim dəyişikliyinin təsirlərini azaltmağa, qiymət dəyişkənliyinə qarşı dayanıqlılığı artırmağa enerji xərclərini azaltmağa kömək edə bilər. Bununla belə, yaxın 20 ildə dünya bazarında ənənəvi enerji mənbələrinin (neft, qaz kömür) üstünlük təşkil edəcəyi, əsas enerji tələbatının ABŞ Avropa İttifaqı () ölkələrindən Asiya bazarlarına yönələcəyi gözlənilir. Qlobal elektrik enerjisi istehsalı bazarının bu müddət ərzində təxminən iki dəfə artacağı təchizatın 75 faizdən çoxunu təşkil edəcəyi proqnozlaşdırılır.

Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq edir ki, 2040- ilə qədər qlobal enerji tələbatı 37 faiz artacaq.

Son iki ildə enerji qiymətlərindəki artım 1973- il neft böhranından sonra ən böyük artım olub. Dünya Bankının əmtəə bazarlarına baxış hesabatına görə, əmtəə bazarları Ukraynadakı müharibədən ağır zərbə alıb. Bununla yanaşı, qeyd edilməlidir ki, Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyət qazın fasiləsiz tədarükü məsələsini yenidən gündəmə gətirib. Müharibə dünya iqtisadi sisteminə enerji təchizatına böyük təsir göstərdi. Ukrayna böhranı Rusiyaya qarşı bir sıra sərt iqtisadi, maliyyə enerji sanksiyaları qlobal enerji sisteminə, sözün əsl mənasında, meydan oxuyub.

COVID-19 pandemiyasından sonra gündəmdə olan yeni dünya nizamı əvəzinə indi hər kəs yeni qlobal enerji böhranı haqqında düşünür. Sanksiyalar, Qərb treyderlərinin təmkinliliyi bəzi ölkələrin enerji şantajı nəticəsində neft nominal ifadədə təxminən 4,5 dəfə bahalaşıb. Bu cür yüksək qiymətlərin nəticəsi artıq göz qabağındadır. Əgər əvvəllər Rusiya Avropanın qaz tələbatının 40 faizə qədərini təmin edirdisə, 2021-ci ildə bu pay bir qədər azalaraq 35 faizə düşüb, indi isə 25 faizdən azdır.

Qlobal neft tələbinin 2023- ildə pandemiyadan əvvəlki səviyyələri keçərək gündəlik 101,6 milyon barrelə çatacağı proqnozlaşdırılır. Dünyada enerji qıtlığı fonunda baş verənlərə baxmayaraq, Azərbaycanın enerji strategiyası uğurla inkişaf edir. Bu gün Azərbaycan enerji resurslarının ixracatçısıdır. Ölkəmiz Avropaya, xüsusilə İtaliyaya, həmçinin Türkiyə, Gürcüstan İsrailə qaz ixrac edir. Ümumilikdə, təkcə ötən ilin son üç ayı ərzində 17 ölkəyə 3 milyard 680 milyon 31,85 min ABŞ dolları dəyərində 5 milyon 887 min 523,51 ton neft ixrac edilib. İxrac olunmuş xam neft neft məhsullarının həcmi əvvəlki illə müqayisədə 6,6 faiz azalsa da, dəyəri 41,2 faiz artıb.

2022-ci il iyulun 18- Av

ropa Komissiyası Azərbaycanla təbii qaz idxalını 2027-ci ilə qədər iki dəfə artırmaq haqqında saziş imzalayıb. Azərbaycan təbii qazının idxalının 15 il ərzində ildə ən azı 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutan saziş ölkələrinin enerji resurslarının idxal coğrafiyasını şaxələndirməyə kömək edəcək.

Avropa Rusiya qazından çox asılıdır boru kəmərləri bağlanarsa, qısa müddətdə alternativ mənbələr tapa bilməyəcək. Böhran davam edərsə, ilin sonuna qədər qaz problemi daha da dərinləşəcək.

Tanınmış iqtisadçı Nuriel Roubini "Rusiya müharibəsi qlobal iqtisadiyyat" adlı məqaləsində yazır ki, müharibənin iqtisadi maliyyə təsiri bununla bağlı staqflyasiya şoku ən çox Rusiya Ukraynada olacaq, onun ardınca isə təbii qaz ixracından asılı olan Avropa İttifaqı gəlir.

Rusiya ixracının əsasını təşkil edən Avropanın imtina etdiyi böyük həcmdə dizel yanacağını digər emal olunmuş məhsullarını sürətlə Yaxın Şərqə yönləndirir. Ukraynada münaqişə başlayandan bəri Rusiya yanacağının Avropaya idxalı 30 faiz azalıb.

Rusiyaya alternativ kimi görünə biləcək digər istehsalçılar yalnız uzunmüddətli perspektivdə nəzərdən keçirilə bilər. Rusiyanın Asiya bazarlarına, xüsusən Çinə qaz satmaq üçün müqavilələr imzaladığı məlumdur, lakin onun dünyada ən böyük alıcıları hələ Avropa Birliyi Türkiyədir.

Ənənəvi enerji resurları ilə yanaşı, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri" konsepsiyası çərçivəsində bərpaolunan enerji mənbələri ilə bağlı yenidənqurma inkişaf layihələrinin həyata keçirilməsi nəzərdə tutulur, ölkəmizin Qarabağ regionunun yaşıl enerji zonasına çevrilməsi prioritet istiqamət kimi müəyyən edilir. 2021-ci ilin mayında Azərbaycanın Energetika Nazirliyi Yaponiyanın TEPSCO şirkəti ilə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində "yaşıl enerji" zonasının yaradılması haqqında saziş imzalayıb. Məqsəd 2050-ci ilə qədər regionu tamamilə yaşıl enerji zonasına çevirmək, həmçinin karbon qazı emissiyalarını 40 faizə qədər azaltmaqdır.

Azərbaycanın bərpaolunan enerji potensialı 37 min MVt təşkil edir ki, bunun da on minə yaxını 2020-ci ildə ərazilər işğaldan azad edildikdən sonra yaranıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin alternativ enerji potensialına demək olar ki, bütün növ bərpaolunan enerji mənbələri, o cümlədən su, günəş, külək geotermal enerji daxildir. Regionda günəş enerjisinin ümumi potensialı 7200 meqavat, külək enerjisi 2000 meqavat, termal su ehtiyatı isə sutkada 4-5 min kubmetr qiymətləndirilir.

Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ÜDM-in davamlı artımını saxlamaq, yüksək inflyasiyanı işsizliyi azaltmaq, neft hasilatını uğurla davam etdirmək enerji bazarında əsas yerlərdən birini tutmaq mümkün olmuşdur.

Emin QASIMOV,

"Respublika".