Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
Səhiyyə

Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Noyabrın 1-də Azərbaycanda son sutkada 263 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 661 min 131, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 258 min 620, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 4 milyon 402 min 511 nəfərdir.

AZƏRTAC