Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 9,4 milyona yaxınlaşır
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 9,4 milyona yaxınlaşır

Oktyabrın 25-də Azərbaycanda 366 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 383 min 669, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 60 min 409, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 323 min 260 nəfər təşkil edir.

AZƏRTAC