Azərbaycanda COVID-19 əleyhinə 2974 doza vaksin vurulub
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə 2974 doza vaksin vurulub

Mayın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 974 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 345, ikinci doza vaksinlərin sayı 275, üç və daha çox doza vaksinlərin sayı 2 min 131, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 223-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 712 min 980, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 346 min 518, ikinci mərhələ üzrə 4 milyon 847 min 988, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 273 min 494, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 244 min 980-dir.

AZƏRTAC