Azərbaycan teatr səhnəsinə yenilik gətirən görkəmli dramaturq
Tarixi şəxsiyyətlər

Azərbaycan teatr səhnəsinə yenilik gətirən görkəmli dramaturq

Xalq yazıçısı İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbi mühitinin ayrıca bir səhifəsini təşkil etdiyi kimi, həm Azərbaycan teatr tarixində mühüm rol oynamışdır. "Kənddən məktublar" hekayələrinin işığında "Dağlar arxasında üç dost" "Sarıköynəklə Valehin nağılı" sevgi dastanına çevirən yazıçı  "Sən həmişə mənimləsən" deyirdi. "Məhv olmuş gündəliklər"  "Unuda bilmirəm", "Mənim günahım"da ürək çırpıntılarını tapırdı. "Mahnı dağlarda qaldı"nın davamında "Sevgililərin cəhənnəmdə vüsalı" "Bizim qəribə taleyimiz"dir dedi. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatının sevgi dastanının müəllifi kimi bir-birindən möhtəşəm əsərlər yaratmaqla yanaşıhəm tarixi qəhrəmanları da teatr səhnəsinə gətirmişdir. Nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenliXalq yazıçısı İlyas Əfəndiyev "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar qızı" kimi tarixi dramları ilə xalqımızın milli azadlığı müstəqilliyi uğrunda apardığı mübarizənin, milli birliyin bədii təcəssümünü canlandırmışdır

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914- il mayın 26-da keçmiş Qaryagin, indiki Füzuli rayonunda dünyaya gəlib. O, dövrünün tanınmış, varlı tacir ailəsində, rayonun Saracıq kəndində böyüyüb boya-başa çatmışdır. Atası Məhəmməd kişi nəsillikcə oxumuş ruhani ailəsinə mənsub idi. Zəmanəsinin çox hörmətli nüfuzlu insanları olan nəslin taleyindən sərt Sovet rejiminin səmum küləyi yan keçməmişdir. Belə ki, ötən əsrin otuzuncu illərində ciddi təqiblərə məruz qalaraq bütün var-dövlətlərimülkləri əllərindən alınmışdır. Ailənin bəzi üzvləri "xalq düşməni" damğası vurularaq güllələnmiş, bir qismi isə sürgün edilmişdir. Nəticədə, Əfəndiyevlər ailəsinin çətinməşəqqətli günləri başlamışdır. Var-dövləti əllərindən alınması azmış kimi, onlara mağazadan ərzaq, geyim əşyaları almaq belə qadağan edilmişdir. Lakin yaxşılıq, yaxşı əməllər zamanın girdabında itmədiyi üçün belə çətin günlərdə onların köməyinə gəlmişdir. Vaxtilə etdikləri yaxşılıqlar sayəsində insanlar gizlin yollarla, onlara köməklik göstərmiş, əl tutmuşlar. Ailə böyük sınaqlardan keçərək həyata davam etmişdir. Böyük mülkü əlindən alınan doqquz nəfərdən ibarət olan Əfəndiyevlər ailəsi bir otaqda məskunlaşır. Atası Məhəmməd kişi əzab qadağalar nəticəsində ağır xəstəliyə tutularaq 50 yaşında vəfat edir

Hər il yay aylarında  Məhəmməd kişinin ailəsi Şuşaya köçərmiş. Şuşada yaşadığı dövr yazıçı İlyas Əfəndiyevin həyatında çox böyük əhəmiyyət kəsb etmişdir. Yazıçının yaradıcılığında Şuşa Qarabağ mövzusu mühüm rol oynamışdır. Yazıçının ədəbiyyata maraq göstərməsində anası Bilqeyis xanımın böyük rolu olmuşdur. Atasının vəfatından sonra anası İlyasa həm atahəm müəllim olmuşdur. Onun püxtələşməsində, elm, savad almasında anası əvəzsiz rol oynamışdır. Mütaliəni çox sevən anasından eşitdiyi nağıl rəvayətlərin mövzusu balaca İlyasın gələcək yaradıcılığının təkanverici qüvvəsi olmuşdur. 1921-ci ildə birinci sinfə gedən İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir.

Yazıçının gənc yaşlarından elm biliyəədəbiyyata marağı əlbəttə kiböyüdüyü mühitdən irəli gəlirdi. Eyni zamanda, onu əhatə edən aləm, oxuduğu məktəb ətrafında olan insanlar, müəllimlər, eyni zamanda "Qızıl Araz" adlı rayon qəzeti, Füzulidə fəaliyyət göstərən xalq teatrı onun yaradıcılığında mühüm rol oynamışdır. Orta məktəbi uğurla bitirən İlyas Əfəndiyev bir müddət Böyük Bəhmənli kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. Onun dramaturq kimi formalaşmasında isə ilk rolu Qaryagində olduğu müddətdə yerli teatrla tanışlığı oynamışdır. Sonralar yazıçı özü bu haqda yazırdı: "Mən ora tez-tez gedir böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim".

Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki orta məktəbə tədris hissə müdiri göndərilən İlyas Əfəndiyev bir il işlədikdən sonra Bakıya ali təhsil almağa yola düşür. 1934- ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsinə daxil olsa da, onun burada təhsil alması qadağan olunur. İlyas Əfəndiyev "kulak" övladı olduğu üçün institutdan uzaqlaşdırılır. Ancaq dörd il sonra 1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirərək rayona qayıdıb müəllimliyini davam etdirir. Yazıçının təhsil aldığı illər həyatında mühüm rol oynayır. O, burada tanınmış alimlər Bəkir Çobanzadə, Əli Sultanlı digər nüfuzlu müəllimlərlə tanış olur. Düşdüyü mühit yazıçının yaradıcılığına müsbət təsir göstərir. O, 1930-cu illərin sonlarında ədəbiyyata gəlir. İlyas Əfəndiyevin bir-birinin ardınca qələmə aldığı "Kənddən məktublar" adlı  hekayələri qısa müddət ərzində özünə böyük oxucu kütləsi toplayır. Respublikanın müxtəlif mətbu orqanlarda bir sıra məqalə, oçerk hekayələri dərc olunur. Lakin onun "Yeni yol" qəzetində çap olunan "Buruqlar arasında" adlı ilk oçerki, "Bataqlıq saldatları" kinofilminə yazdığı ilk resenziyası, "Namuslu fəhlələrin sırasını çoxaltmalı" adlı bir sıra yazıları yazıçının tanınmasında müstəsna rol oynayır. Adi kənd müəlliminin qələmə aldığı bir çox hekayələr Bakıda, Yazıçılar İttifaqında çox bəyənilir. Beləliklə, İlyas Əfəndiyevin "Kənddən məktublar" adlı ilk kitabı işıq üzü görür.

İlyas Əfəndiyevin yaradıcılığında ən önəmli yerlərdən birini  yazıçının dramaturji fəaliyyəti tutur. Onlarla tarixi məhəbbət mövzusunda yazdığı əsərləri Azərbaycanın müxtəlif teatr səhnələrində oynanılmışdır. İlk teatr əsəri yazıçı Mehdi Hüseynlə birlikdə yazdığı "İntizar" pyesi olmuşdur. Pyes Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş böyük uğur qazanmışdır. Yazıçının "Atayevlər ailəsi" adlı əsərinin teatr taleyi uğurlu olduğu qədər tərbiyəvi əhəmiyyətə malik idi. "Söyüdlü arx", "Körpü salanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" kimi povest romanları yazıçıya geniş oxucu məhəbbəti qazandırmışdı.

İlyas Əfəndiyev "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" kimi bir-birindən maraqlı əsərlər yazmışdır. Azərbaycan teatr səhnəsinə yeni rəng, yeni ab-hava gətirən bu əsərlər ilk gündən şöhrətin zirvəsinə ucaldığı kimi, həm teatr səhnəmizdə "İlyas Əfəndiyev teatrı" yaratmış oldu. İ.Əfəndiyevin əsərləri təkcə Azərbaycan səhnəsində deyil, qardaş Türkiyə teatrlarında da sevə-sevə oynanılmış böyük şöhrət qazanmışdır. Görkəmli yazıçı 1996- il oktyabr ayının 3- Bakı şəhərində dünyasını dəyişmiş Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".