Azərbaycan
İQTİSADİYYAT

Azərbaycan "Russia Halal Expo 2023" sərgisində təmsil olunub

"Russia Halal Expo" beynəlxalq sərgisində iştirak edən Azərbaycanın stendində yerli məhsullarımız təqdim olunub, ölkəmizin biznes investisiya imkanları, Qarabağın potensialı barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində "Russia Halal Expo" Sərgisi keçirilir.

Sərgidə İxracın İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş olunub.

Mayın 19-da Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti ölkə stendi ilə tanış olub.

Stenddə sahibkarlar tərəfindən müxtəlif ət ət məhsulları, narşərab, kompot, mürəbbə, çay digər məhsul xidmətlər təqdim edilir.

Bununla yanaşı, stenddə KOBİA, AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili Koordinasiya Mərkəzi (4SİM) Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın investisiya imkanları, sahibkarlara göstərilən dəstək xidmətlər, iqtisadi zonalarda yaradılmış əlverişli şərait, turizm potensialı, 4- Sənaye İnqilabı texnologiyalarının tətbiqi rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən təşəbbüslər barədə məlumat verilir, ziyarətçilərə müxtəlif çap materialları təqdim olunur.

Eyni zamanda, stendimizdə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı investisiya qoyuluşu imkanları barədə məlumat verilib, videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, "Russia Halal Expo" Sərgisi 14- "Rusiya - İslam dünyası: Kazan Forumu 2023" Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edəcək sərginin məqsədi MDB digər ölkələrin istehsalçılarına halal məhsullarını müxtəlif xidmətləri təqdim etməkdə, alıcı satıcılara yeni satış bazarları etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.