Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də su təminatı mövzusunda videokonfrans
İQTİSADİYYAT

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də su təminatı mövzusunda videokonfrans

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov müxbirimizə bildirib ki, konfransda taxıl sahələrinin su ilə təminatının mövcud vəziyyəti və bu sahədə yaranan çətinliklərlə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə müdirləri və taxıl əkilən rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev tərəfindən taxıl sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri ilə əlaqəli işin təşkili, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

N.CAVADOV,

“Respublika”.