Azərbaycan-Macarıstan dostluğu möhkəmlənir
Siyasət

Azərbaycan-Macarıstan dostluğu möhkəmlənir

Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr hər iki dövlətin müstəqilliyini elan etməsindən bir il sonra qurulub. Mərkəzi Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin aprel ayının 27- qurulub. 2009-cu il yanvarın 12- Macarıstanın Azərbaycanda səfirliyi yaradılıb. Azərbaycanın Macarıstandakı səfirliyi isə 2004- il sentyabrın 1- açılıb. Macarıstanın Baş naziri Viktor Orbanın 2016 2019-cu il tarixlərində Azərbaycan Respublikasına səfərləri baş tutub. 2004- ildən Avropa İttifaqına üzv olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası başqa bir çox təşkilatların üzvüdür. Bundan əlavə, zəngin tarixə sahib olan Macarıstan Avropanın ən çox turist qəbul edən ölkəsi hesab edilir. İki ölkə arasında parlamentlərarası münasibətlər yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Azərbaycan Macarıstan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə yüksək iqtisadi potensiala sahibdir. Enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, təhsil s. sahələrdə əlaqələr, qarşılıqlı investisiyalar daha da artırılır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Bu il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfərdə olub. Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edilib Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət etimadın olduğu vurğulanıb

Səfər zamanı Prezident İlham Əliyev Baş nazir Viktor Orban Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə "Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə" əsasən Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələri əhatə etməsinə hüquqi zəmin yaradıb.

Səfər zamanı mətbuata bəyanatla çıxış edən V.Orban iki ölkə arasında əməkdaşlığın genişləndirildiyini bildirib: "Biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır".

Xatırladaq ki, 2022-ci il iyulun 18- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda Azərbaycan ilə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir ona qoşulmaqla bağlı marağını hər zaman ifadə edib.

İki ölkə arasında nəqliyyat, tranzit logistika sahələrində əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın "Wizz Air" şirkəti Bakı Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, 44 günlük Vətən müharibəsi Azərbaycana əsl dostlarının kim olduğunu göstərdi. Bu ölkələr arasında Macarıstan da yer alır. Belə ki, 2021-ci il martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın xarici işlər ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən bildirmişdi ki, Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır: "Əminəm ki, Macarıstan şirkətlərinin azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq". Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bütün dövrlərdə əməldə sübut edən Macarıstan işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bərpa-quruculuq işlərində yaxından iştirak edir, minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü olaraq ölkəmizə 25.000 avro ianə edib. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün sistemli işlər aparılır. Qeyd edək ki, Macarıstan 44 günlük müharibə dövründə ölkəmizə dəstək nümayiş etdirmişdir.

Ötən il dekabrın 17- Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında "yaşıl enerji"nin ötürülməsi məqsədilə Gürcüstan Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara Dəniz Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Bu isə iki ölkənin vahid hədəflərinin ortaq maraqlarının olduğunun göstəricisidir. Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlığa, mehriban dostluq münasibətlərinə söykənir. Ölkə başçımızın bu səfərinin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcəyini, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəyini əminliklə deyə bilərik.

Nəzrin CAVADZADƏ,

"Respublika".