Ayxan Hacızadə Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərə cavab verib
MÜSAHİBƏLƏR

Ayxan Hacızadə Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərə cavab verib

Ermənistanın baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil. Baş nazirin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 30-da Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında deyib.

A.Hacızadə vurğulayıb ki, bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyəti daha da gərginləşdirmək potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistan baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir. Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır.

Qeyd edilib ki, həmçinin yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas yardımçı yolların, eləcə sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil. Ermənistan baş nazirinin, həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur. Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan qüvvələrinin qeyd-şərtsiz dərhal çıxarılmasını tələb edib. Ermənistan tərəfi üçtərəfli Bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır. Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

A.Hacızadə diqqətə çatdırıb ki, Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycanın üzərinə atması təxribatlara yol verməsi hər kəsə məlumdur.

"Baş nazirin Azərbaycanın etnik təmizləmə "soyqırımı" aktı törətmək niyyətində olması barədə növbəti dəfə səsləndirdiyi absurd fikirlərə gəldikdə qeyd edək ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb. Ermənistanın terror kütləvi qırğın siyasəti əməlləri bütün sənədlərlə tarixin yaddaşına həkk olunub bunu danmaq Ermənistanın bu əməllərdən imtina etmədiyini sübut edir. Ermənistan tərəfinin bu təhrikçi təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunması istiqamətində beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətindən xəbər verir bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.