Aprelin 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 doza vaksin vurulub
Səhiyyə

Aprelin 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 doza vaksin vurulub

Aprelin 25-də Azərbaycanda COVID-19 əleyhinə 8 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlərin sayı 4, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 627 min 596, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 337 min 604, ikinci mərhələ üzrə 4 milyon 838 min 457, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 212 min 964, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 238 min 571-dir.

AZƏRTAC