Alban-udi icmasının üzvləri Ağoğlan məbədini ziyarət ediblər
Sosial həyat

Alban-udi icmasının üzvləri Ağoğlan məbədini ziyarət ediblər

Alban-udi icmasının üzvləri işğaldan azad olunan Laçın rayonundakı Ağoğlan məbədini iyunun 14-də, Milli Qurtuluş Günü ərəfəsində ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icma üzvləri Ağoğlan məbədində ayin icra edib, şamlar yandırıb, dualar oxuyublar.

Alban-udi icmasının sədr müavini Rafik Danakari bildirib ki, bu məbəd qədim Alban dövlətinə məxsusdur. "Ermənilər işğal ərəfəsində burada saxtakarlıqla bəzi dəyişikliklər etməyə çalışıblar. Məbədin divarlarına erməni dilində yazılar yazıblar, bəzi hissələri dəyişdiriblər. Qədim tarixi əhatə edən faktları yoxa çıxarmaqla saxtakarlıq törədiblər. Buna baxmayaraq, tikilinin tarixi, üzərindəki izlər bu kilsənin qədim Alban məbədi olmasını bir daha sübut edir", - deyə o əlavə edib.

AZƏRTAC