AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"The Washington Post": Azərbaycan Ermənistan sülh razılaşmasına yaxındır

Amerikanın məşhur "Washington Post" qəzeti Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqları barədə məlumat yayımlayıb.

Məlumatda ABŞ dövlət katibi Antoni Blinkenin iki ölkənin son razılaşmaya yaxın olması ilə bağlı fikirləri yer alıb. Blinken, həmçinin son günlər tərəflər arasında çox çətin məsələlərin müzakirə edildiyini, davamlı sülh razılaşması barədə konkret irəliləyişin əldə olunduğunu da bildirib. ABŞ dövlət katibinin razılaşmanın yalnız bu iki ölkədə deyil, kənarda da müsbət təsirləri olacağı ilə bağlı fikirləri xəbərdə öz əksini tapıb. Məlumatda ermənilərin Laçın yolundan istifadə etməklə qanunsuz silah-sursat daşıdıqları da qeyd olunub.

 

"Panorama.am":  Ermənistanda etirazçılar hökumət binasının qarşısına donuz başları qoyublar

Ermənistanın "Panorama.am" nəşri Ermənistanda İkinci Qarabağ müharibəsi iştirakçılarının yaxınlarının Nazirlər Kabinetinin qarşısında aksiya keçirdiyi barədə yazı dərc edib.

Xəbərdə bildirilib ki, mitinq iştirakçıları 44 günlük müharibənin nəticələrinə Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursuna etiraz ediblər. Eyni zamanda, onlar baş nazir Nikol Paşinyanın xarici siyasət kursunun əleyhinə şüarlar səsləndiriblər. Aksiyaçılar Paşinyana etiraz olaraq yerə kəsilmiş donuz başları, Paşinyan Anna Akopyanın şəkillərini atıblar. Hətta donuz başlarını da qan əlaməti olaraq qırmızı rənglə boyayıblar.

Xəbərdə o da qeyd olunub ki, aksiya keçirilən əraziyə polis qüvvələri cəlb olunub, polislə mitinq iştirakçıları arasında toqquşma baş verib.

 

BBC: Ölkəni sarsıdan ölüm xəbərinə görə İranda jurnalistlər həbs olunublar

Nüfuzlu xəbər saytı "BBC" İranda ötən ilin sentyabrında öldürülən 22 yaşlı Məhsə Əmininin qətlini ictimailəşdirən iki jurnalistin həbs olunması ilə əlaqədar xəbər yayıb.

Məlumata görə, Nilufər Həmidi İlahə Muhəmmədi 22 yaşlı qızın ölüm xəbərini yaydıqlarına görə, həmin vaxtdan bəri İranın ən məşhur iki həbsxanasında saxlanılırlar. Xəbərdə qeyd olunub ki, yaxın günlərdə onlar İranda həbsdə olan insan haqları aktivisti Nərgiz Muhəmmədi ilə birlikdə UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

 

Hraparak:  Azərbaycan Qarabağda bərpa-quruculuq işlərinə 6,6 milyard ABŞ dollarından çox pul xərcləyib

Ermənistanın "Hraparak" xəbər saytı son 3 ildə Azərbaycanın Qarabağda bərpa-quruculuq işlərinə 6,6 milyard ABŞ dollarından çox pul xərclədiyi haqda məlumat yayıb.

Xəbər verilir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının 56- illik iclasında çıxış edərkən deyib.

Yazıda maliyyə naziri Samir Şərifovun bərpa işlərindən əvvəl ərazinin minalardan təmizlənməsinin zəruri olduğunu qeyd etdiyi vurğulanıb. Xəbərdə nazirin Qarabağın strateji coğrafi mövqeyi sayəsində böyük iqtisadi potensiala malik olduğu barədə söylədiyi fikir əks olunub.

 

BAQ.KZ: Bu il Azərbaycanda Qazaxıstanın mədəniyyət günləri keçirilə bilər

Qazaxıstanın yerli xəbər saytı "BAQ.KZ" yazır ki, Qazaxıstan Respublikasının mədəniyyət idman naziri Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Tərəflər qədim türk yazılarından ibarət sərginin təşkili məsələsini müzakirə ediblər.

Nazir A.Oralov bildirib: "Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşdük birgə mədəni tədbirlərin keçirilməsini müzakirə etdik. Qardaş dövlət bu sahədə əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. İndi qədim türk yazılarına dair sərginin təşkili məsələsi üzərində aparılır. Bu, ortaq mədəniyyətimiz haqqında daha çox öyrənmək onu türk sivilizasiyasının zəngin tarixi ilə maraqlananlara tanıtmaq üçün yaxşı fürsətdir". Nazirin sözlərinə görə, bu il Azərbaycanda Qazaxıstanın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub.

A.Oralov, həmçinin vurğulayıb ki, "Günay Əfəndiyeva görüşdə Azərbaycanda Qazaxıstanla bağlı keçiriləcək tədbirlərdən danışıb. Məsələn, bu il avqust ayında Azərbaycan yazıçılarının Abaya həsr etdikləri əsərlərdən ibarət kitabın təqdimatı nəzərdə tutulub. Bu ay isə Jambyl Jabaevin təsviri olan poçt markasının buraxılması planlaşdırılır. Bundan əlavə, Azərbaycan tərəfi avqustda keçirilməsi planlaşdırılan beynəlxalq sənətkarlar festivalında iştirak etmək üçün dəvətimizi qəbul edib. Həmçinin azərbaycanlı həmkarlarımız Qazaxıstanda tarixi-mədəni layihələrin maliyyələşdirilməsinə təşkilinə kömək etməyə hazırdırlar. Biz Türk Dövlətləri Təşkilatı, TÜRKSOY digər istiqamətlərdə Azərbaycan digər türk dövlətləri ilə mədəni əlaqələri gücləndirmək niyyətindəyik. Rəssamlarımız yaradıcı kollektivlərimiz bu tədbiri səbirsizliklə gözləyirlər. Biz iki ölkə arasında mədəni əməkdaşlığın daha da gücləndirilməsi üçün əlimizdən gələni edəcəyik.

 

"The World": Fransa pensiya yaşının artmasına görə elektrik enerjisindən məhrum qalacaq

"The World" xəbər saytının paylaşdığı məlumata əsasən, Fransa Enerji İttifaqı dövləti ölkə daxilində elektrik enerjisini kəsməklə hədələyib.

Buna səbəb kimi, aylarla davam edən şiddətli etirazlara yol açmış Emmanuel Makronun pensiya yaşını artırma qərarı göstərilir. Xəbərdə Enerji İttifaqının artıq prezidentin bu ay ziyarət etdiyi hava limanının məktəbin elektrik enerjisinin verilişini dayandırdığı bildirilib.

"Respublika".