Ümumrayon iməciliyi
Region

Ümumrayon iməciliyi

"Heydər Əliyev İli" ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da silsilə tədbirlər davam etdirilir. Tədbirlər planına uyğun Qax şəhəri ərazisində rayonun kənd inzibati ərazi vahidlərində  ümumrayon iməciliyi keçirilib.

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən iməcilik ölkəmizdə ekologiyanın qorunması ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.

Ümumrayon iməciliyində idarə, müəssisə təşkilat kollektivləri, YAP fəalları   sakinlər böyük həvəslə iştirak ediblər. Müxtəlif ərazilərdə yol kənarlarında təmizlik işləri aparılıb, alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Müxtəlif məişət, polietilen digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb. İməciliyin növbəti həftələrdə davam etdirilməsi nəzərdə tutulub.

M.QULUYEV,

"Respublika".