Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları
Siyasət

Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları

Daim xalqına, millətinə bağlı olan, ziyalılara xüsusi məhəbbətlə yanaşan ulu öndər Heydər Əliyevin təşkilatçılığı ilə 1982-ci ildə Azərbaycan ədəbiyyatının filosof şairi, böyük dramaturq Hüseyn Cavidin nəşi Sibirdən Naxçıvana gətirilmiş, evinin qarşısında torpağa tapşırılmış 1996- ildə məzarı üzərində şairə olan ehtiramı əks etdirən məqbərə ucaldılmışdır.

Məqbərənin layihə müəllifi Azərbaycan Respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur. Hələ o vaxt Cavidsevərlər dahi şairin nəşinin vətənə gətirilməsinə görə Heydər Əliyevə minnətdarlıq etdilər. Bu, xalq qarşısında həqiqətən müqayisəsi, bənzəri olmayan, misilsiz bir xidmət kimi həmişə yüksək dəyərləndirilir.