TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAVALANDIRMA, İSİTMƏ VƏ SOYUTMA SİSTEMLƏRİNƏ DAİR XİDMƏTLƏRİN SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDERƏ (E-TENDER) DƏVƏT EDİR

LOT-1. Havalandırma, isitmə və soyutma sistemlərinə dair xidmətlərin satınalınması

Tenderdə iştirak haqqı: 100 manat

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərfin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (Forma 2) (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanı tərəfindən verilmiş arayış;

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmamaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə təsdiqedici sənəd;

- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;

- Digər sənədlər: iddiaçının ixtisasına dair məlumatlar.

Məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır. Məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür. Satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır. Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.

Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 02.08.2022-ci il saat 09:00-a qədər, tender təklifi və bank zəmanətini isə 10.08.2022-ci il saat 18:00-a qədər Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılış tarixi və vaxtı: 11.08.2022-ci il tarixdə saat 09.00-da

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

AÇıq Tender ELAN EDİR

Heyvanlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən, iştirak haqqının ödənilməsi barədə sənədi və tenderdə iştirak barədə müraciət ərizəsini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, Aqrar Xidmətlər Agentliyinin inzibati binası, 5-ci mərtəbə, 506-cı otaqdan və ya satı[email protected] elektron poçt ünvanına müraciət edərək əldə edə bilərlər. Əlaqə telefonu: +994125628744 (Pərvanə Sultanəliyeva), İştirak haqqı 2000 (iki min) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Rekvizitlər

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN:1401555071

M/H AZ41NABZ01360100000000003944

SWIFT BIK: CTREAZ22

Sifarışçinin adı: KTN yanında AXA

İBAN: AZ04CTRE 00000000000008537601

VÖEN:1504595531

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

İddiaçılar açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifinin qüvvədə olma müddəti - zərflərin açıldığı gündən 30 bank günü;

- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində bank təminatın qüvvədə olma müddəti - zərflərin açılış tarixindən sonra 60 bank günü;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- Texniki və maliyyə imkanlarının olması barədə sənəd;

- Bu sahədə peşakar olması və tender predmeti üzrə iş təcrübəsinin olmasını təsdiq edən müqavilə, təhvil-təslim aktı və digər təsdiqedici sənədlər təqdim edilməli;

- Tender predmeti üzrə müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd;

- İddiaçı təklif etdiyi mallar üzrə istehsalçının rəsmi etibarnaməsini təqdim etməli;

- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları təqdim etməli;

Tələb edilən bütün sənədlər notarial qaydada təsdiq edilməlidir.

İribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksin - 6.300.000 (altı milyon üç yüz min) doza;

- Çiçək xəstəliyi əleyhinə vaksin - 3.000.000 (üç milyon) doza;

- Qarayara xəstəliyi əleyhinə vaksin - 5.600.000 (beş milyon altı yüz) doza;

- Nodulyar dermatit xəstəliyi əleyhinə vaksin - 2.800.000 (iki milyon səkkiz yüz min) doza;

- Quduzluq xəstəliyi əleyhinə vaksin - 200.000 (iki yüz min) doza;

- Atların qrip xəstəliyi əleyhinə vaksin - 1.000 (bir min) doza;

- Atların rinopnevmaniya xəstəliyi əleyhinə vaksin - 1.000 (bir min) doza;

- Donuzların taun xəstəliyi əleyhinə vaksin - 6.000 (altı min) doza;

- Xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı vaksin - 300.000 (üç yüz min) doza;

- İribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı vaksin - 300.000 (üç yüz min) doza;

- Malların çatdırılması müddəti - 30 noyabr 2022-ci il tarixinədək həyata keçirilməlidir.

- Malların çatdırılması yeri - Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12.08.2022-ci il saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.08.2022-ci il saat 12:00 tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, (5-ci mərtəbə, 506-cı otaq) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 25.08.2022-ci il saat 12:00 tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A (5-ci mərtəbə, 511-ci otaq) ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


"AzerGold" QSC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 LOT üzrə keçirilir:

Dağ-mədən sənayesi üçün sianid (NaCN) maddəsinin satın alınması

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra ödəniş sənədini və tenderdə iştirak etmək üçün rəsmi müraciət ərizəsini "AzerGold" QSC-nin Tender Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H, Əlaqələndirici şəxs: Aygül Tağıyeva, tel.: 012-505-02-02 (dax.1108), I-V günlər, saat 09.00-dan 18.00-dək) təqdim etməklə Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə bilərlər.

İştirak haqqı - 1000 AZN

Benefisiar: "AzerGold" QSC

VÖEN: 1403467421

H/h: AZ71AIIB380100C9446440000210,

"Kapitalbank" ASC-nin Badamdar filialı,

Bankın VÖEN-i: 9900003611,

KOD: 201207,

M/h: AZ37NABZ01350100000000001944,

SWİFT: AIIBAZ2XXXX.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak üçün müraciət ərizəsi

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Tender təklifi dəyərinin 1 %-i həcmində tender təklifinin təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)

5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

7. Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) təqdim olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 03 avqust 2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 11 avqust 2022-ci il saat 15:00-a qədər "AzerGold" QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç. 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender üzrə təklif zərflərinin açılışı 12 avqust 2022-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.


TƏKRAR

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Füzuli şəhərində 8,90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot-2 - 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.

Benefisiarın adı: "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrə: AZ18AIIB38030019440029636102

VÖEN: 1701953921

B1.Benefisiar (alan): Kapital Bank ASC

Adı: Mərkəz filialı

Kodu: 200026

VÖEN: 9900003611

S.W.İ.F.T.: AIIBAZ2X

Müxbir hesab: AZ37NABZ01350100000000001944

İştirak haqqı: 1200 (min iki yüz) manat

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifinin təminatı - bank zəmanəti (təklifin ümumi qiymətinin 1 (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);

5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

l Podratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

l Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

l Podratçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

l Podratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

l Podratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surəti;

l Podratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 (on beş min) m2 təşkil etməlidir;

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.

l Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 02 avqust 2022-ci il saat 17:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 10 avqust 2022-ci il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 11 avqust 2022-ci il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.