ELAN
Reklam və elanlar

ELAN

240 MVt-lıq "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin yenilənmiş nüsxələri hazırlanmış və ictimai dinləmələr üçün təqdimata hazırdır.

ƏMTQ sənədləri Azərbaycanın Ətraf Mühit Qaydalarına və standartlarına uyğunluğu nümayiş etdirmək məqsədilə məsləhətçilər tərəfindən aparılan ətraflı texniki tədqiqatların və modelləşdirmənin nəticələrini əhatə edir. Beynəlxalq banklar həmçinin ətraf mühit və sosial məsələlərlə bağlı Avropa və Dünya Bankının təminatlarına tam riayət etməyi tələb edirlər. Qeyri-texniki ƏMTQ sənədinin xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanmışdır.

Bu sənədlərin surətlərini ictimai baxış üçün aşağıdakı ünvanlardan həftə içi saat 9-dan 5-dək əldə etmək mümkündür:

lXızı 3 Külək Ferması Layihəsi üçün Xızı rayonu, Sitalçay kəndi, Əlabbas Ələkbərov küçəsi 12, bələdiyyə binası ünvanında yerləşən Layihə Məlumat Mərkəzi;

lSahə 1 Külək Ferması Layihəsi üçün Abşeron rayonu, Pirəkəşkül kəndi, bələdiyyə binası və kənd məktəbi arasında, Çaylı yolunda yerləşən Layihə Məlumat Mərkəzi;

lBakı şəhəri, Rəşid Behbudov 53.

ACWA Power ƏMTQ layihə sənədinə dair rəy və təklifləri məmnuniyyətlə qəbul edir. Yuxarıda göstərilən sənədlərlə birlikdə təqdim olunan rəy formasını doldurarkən 13-cü bölmədə nə düşündüyünüzü bizə bildirməyiniz və doldurulmuş formaları aşağıdakı ünvana göndərməyiniz xahiş olunur:

Fəridə Məcidzadə, EcoEnergy MMC, Rəşid Behbudov 53, Bakı, Azərbaycan

Əlaqə üçün məlumat:

Fəridə Məcidzadə, EcoEnergy MMC,

Rəşid Behbudov 53, Bakı, Azərbaycan

Tel.: [994 55] 761 27 52.