Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 29 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 112, indiyə qədər isə ümumilikdə 6 milyon 903 min 117 test icra olunub.

AZƏRTAC