TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"AQROSERVİS" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ TƏRƏFİNDƏN REGİONAL NÜMAYƏNDƏLİKLƏR VƏ RAYON BÖLMƏLƏRİNDƏ MÖVCUD ANBARLARIN DAM ÖRTÜKLƏRİNİN, İZOLYASİYA, HAVALANDIRMA VƏ YANĞIN SİSTEMLƏRİNİN DƏYİŞDİRİLMƏSİ VƏ TİKİNTİSİ ÜZRƏ İŞLƏRİN SATIN ALINMASINA DAİR KEÇİRİLƏN

AÇIQ TENDERƏ DƏVƏT

Tenderin predmeti:

Regional nümayəndəliklər və rayon bölmələrində mövcud anbarların dam örtüklərinin, izolyasiya, havalandırma və yanğın sistemlərinin dəyişdirilməsi və tikintisi üzrə işlərin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

"Aqroservis" ASC qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Qocayeva Sudabə Qəhrəman qızı

Ünvan: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4

Tel: 050-234-58-17

E-mail: [email protected]

Tender təklifinin valyutası manatla, ABŞ dolları və ya Avro ilə ifadə oluna bilər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər.

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusunu 3000.00 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: "Aqroservis" ASC

VÖEN:1700382471

H/h:AZ91AIIB38070019443500231102 AZN

Kapital Bank Mərkəz filialı

VÖEN: 9900003611

Kod: 200026

M/h: AZ37NABZ01350100000000001944

S.W.I.F.T.: AIIBAZ2XXXX

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 2022-ci il 25 aprel tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 1% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət;

- İştirak haqqının ödənilməsi barədə sənəd;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumat, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

- Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat.

İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını müəyyən etmək üçün ixtisas göstəricilərinə dair tələblər aşağıdakılardır:

l İddiaçının satınalma predmeti üzrə müvafiq lisenziyaya malik olması;

l Satınalma predmeti üzrə 3 təşkilatdan tövsiyə məktubunun təqdim edilməsi.

Tender predmeti üzrə işlərin təhvil verilməsi satınalma müqaviləsi imzalandığı tarixdən 2022-ci ilin sonunadək nəzərdə tutulmuşdur.

Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 2022-ci il 05 may saat 18:00-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 2022-ci il 06 may tarixdə saat 11:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4 ünvanında yerləşən "Aqroservis" ASC-nin konfrans zalında açılacaqdır.


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

AÇIQ TENDERƏ DƏVƏT EDIR (Təkrar elan)

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Fayrvol sistemlərinin dəstəyinin yenilənməsi və fiber optik transiverlərin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 250 manat təşkil edir.

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWIFT BİK: CTREAZ22

Vəsaiti alan

Adı: AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak

Bazarına Nəzarət Dövlət Xidməti

Hesab №: AZ33CTRE00000000000002788471

VÖEN: 1302126941

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazıl

ı müraciət

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları

10. Təkliflərlərin qiyməti yalnız Azərbaycan manatı ilə göstərilməlidir

11.  Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) sayı ən azı 3 (üç) olmalıdır

12. Təklif nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar daxil olmaqla təqdim edilməlidir

13. Şərtlər toplusunda verilən tələblərlə uyğun olaraq azı 3 (üç) iddiaçı tərəfindən təkliflər daxil olduğu halda Tender baş tutmuş hesab edilir

14. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Müvafiq avtorizasiya sertifikatları istisna olmaqla bütün digər sənədlər tender komissiyasına Portal vasitəsilə Azərbaycan dilində təqdim edilməlidir

15. İddiaçı tender komissiyasının qərarından, tender komissiyasının üzvlərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququna malikdir. Şikayətlərin verilməsi və onlara baxılması qaydası "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir

16. Tender qalibi ilə "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq satınalma müqaviləsi bağlanacaqdır

17. Digər sənədlər.

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış və s.) surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı suallarını Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 21 aprel 2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 3 may 2022-ci il saat 17:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 4 may 2022-ci il tarixdə, saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Tenderlə bağlı hər bir əlavə məlumatın alınması üçün Dövlət Xəzinədarlığı Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadə ilə (012) 404-46-99 nömrəli telefon və ya [email protected] elektron ünvan vasitəsilə əlaqə saxlanıla bilər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

E-şərtlər toplusunu 05 mart 2022-ci il saat 12:00-dan sonra əldə etmək mümkün olacaqdır.


"AQROSERVİS" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 30 ƏDƏD TAXILYIĞAN KOMBAYNIN (XIRDALAYICI İLƏ) SATIN ALINMASINA DAİR KEÇİRİLƏN

AÇIQ TENDERƏ DƏVƏT (Təkrar elan)

Tenderin predmeti:

30 ədəd taxılyığan kombaynın (xırdalayıcı ilə) satın alınması

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

"Aqroservis" ASC qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Qocayeva Sudabə Qəhrəman qızı

Ünvan: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4

Tel.: 050-234-58-17

E-mail: [email protected]

Tender təklifinin valyutası manatla, ABŞ dolları və ya Avro ilə ifadə oluna bilər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər.

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusunu 3000.00 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: "Aqroservis" ASC

VÖEN:1700382471

H/h:AZ91AIIB38070019443500231102 AZN

Kapital Bank Mərkəz filialı

VÖEN: 9900003611

Kod: 200026

M/h: AZ37NABZ01350100000000001944

S.W.I.F.T.: AIIBAZ2XXXX

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 2022-ci il 13 aprel tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 1% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə sənəd;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumat, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

- Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat.

Tender predmeti üzrə mallar satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 45 (qırx beş) gün müddətində İnkoterms-2010 DDP şərtilə "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Təchizat bazalarına təhvil verilməlidir.

Bundan əlavə, Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 2022-ci il 21 aprel saat 18:00-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 2022-ci il 22 aprel tarixdə saat 11:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4 ünvanında yerləşən "Aqroservis" ASC-nin konfrans zalında açılacaqdır.


328 saylı Hərbi Hissə Hərbi gəmilər və yataqxanalar üçün mal-materialların satınalınmasına dair

Açıq tender elan edir (Təkrar elan)

Açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN: 1700333371

Bank: "Kapital Bank" 1 saylı Səbail rayon filialı

Bank VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

Kod: 200059

SWIFT: AIIBAZ2X

İBAN: AZ11AIIB33070019443500242105

İştirak haqqı 2000 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2. Tender təklifi

3. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı

4. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti

7. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

İddiaçının təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11.04.2022-ci il tarixdə saat 11:00-a qədər Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Cənub buxtası 3, 328 saylı Hərbi Hissənin inzibati binasına telefon:(+99412) 4801760 təqdim etməlidirlər. Tender təklifi isə 19.04.2022-ci il saat 11:00-a qədər qeyd olunan ünvana təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 20.04.2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Cənub buxtası 3, 328 saylı Hərbi Hissənin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.