Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən 28 oktyabr 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu, elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, "İstehsalat nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və quraşdırılması işləri"nin satın alınması üzrə "Meqa Texnika" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC tərəfindən 4 noyabr 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və yeni çəkiləcək magistral su xətti üçün boruların satın alınması üzrə "BORULAND" MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Müxtəlif ölçüdə və miqdarda olan yüklərin daşınması xidmətlərinin satın alınmasına dair 02.11.2021-ci il tarixli "Respublika" qəzetində, 01.11.2021-ci il tarixli ask.gov.az internet saytında dərc edilmiş kotirovka sorğusu prosesində ən aşağı qiymət təklifi verən AZ1029 Bakı şəhəri, H.Əliyev pros., ev 187 B, Caspian Sport Plaza İş Mərkəzi ünvanında yerləşən "ASCARGO Logistics and Management Services" MMC şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 17.12.2021-ci il tarixində 46850.00 AZN qiymətində müqavilə imzalanmışdır.