ELAN
Reklam və elanlar

ELAN

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması "Azərbaycanlıların deportasiyası" mövzusunda müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən azərbaycanlıların 1948-1953-cü illər və 1988-1991-ci illər deportasiyalarının növbəti ildönümləri ərəfəsində erməni faşizminin əli ilə bölgənin türk-müsəlman əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin mahiyyətini, deportasiya ilə bağlı yeni faktları, sübutları üzə çıxarmaq və ictimailəşdirməkdir.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

Müsabiqəyə 2021-ci il dekabr ayının 1-dən 2022-ci il mart ayının 1-nə qədər olan müddətdə dərc olunmuş və həmin tarixə qədər heç yerdə dərc edilməmiş yazılar qəbul olunur;

Müsabiqəyə martın 5-dən, 15-nə qədərki müddətdə yekun vurulacaq və nəticəsi mətbuatda elan olunacaqdır.

İŞTİRAK MEYARLARI:

Müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər;

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;

YAZILARIN QƏBULU QAYDASI:

yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə;

yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə;

yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə.

MÜSABİQƏYƏ TƏQDİM OLUNMUŞ YAZILARIN MÜKAFATLANDIRILMASI:

I yer üçün 1 nəfər (300 manat);

II yer üçün 2 nəfər (200+200 manat);

III yer üçün 3 nəfər (100+100+100 manat);

Həvəsləndirici mükafat - 5 nəfər.

Qaliblər həmçinin Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının xüsusi diplomu ilə təltif ediləcəklər. Müsabiqənin qaliblərinin məqalələri kitab şəklində nəşr ediləcəkdir.

Ünvan: Ziya Bünyadov pr. 48/54

Ayna Sultanovanın heykəlinin yaxınlığında

TEL: (012) 562 39 65

[email protected]