Bildiriş
Reklam və elanlar

Bildiriş

“Yeni Klinika” PHŞ tərəfindən 16 iyul 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı və “Respublika” qəzetində dərc olunmuş “Su təmizləmə filtrlərinin və materiallarının satınalınması” üzrə keçirilmiş kotirovka sorğusunun nəticələri ləğv edilərək yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilir.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən avtokran, özüboşaldan, yəhərli dartıcı, yarımqoşqu və üç oxlu avtobusların satın alınması məqsədilə 2021-ci il 17 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 18 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Təkliflər sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının qərarına əsasın “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bərk inventar və jalüzlər”in satın alınması məqsədilə 2021-ci il 22 iyun tarixdə www.etender.gov.az portalında və 23 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “İDEAL OFFİCE” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.