Bildiriş
Reklam və elanlar

Bildiriş

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 və İzmir küçəsi 14 ünvanlarında yerləşən “ASK Plaza” və “ASK Villa” inzibati binalarının isitmə-soyutma və havalandırma sistemlərinə göstəriləcək illik texniki xidmətlərin satın alınmasına dair 07.05.2021-ci il tarixində elektron açıq tender proseduru keçirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, keçirilmiş elektron açıq tender prosedurunun bütün tender təkliflərinin rədd edilməsinə qərar verilmişdir.


Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən “Açıq məkan üçün LED reklam daşıyıcılarının satınalınması” məqsədilə 21.04.2021-ci il tarixdə elan edilən açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirilmənin nəticəsində “Azon Plus” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib müəyyən edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“ASK Şüşə” MMC avtobusların ehtiyat hissələrinin alınması və təmiri xidmətinin  kotirovka sorğusu üsulu ilə keçirilən satınalma prosedurunun tender sənədlərinin və qiymət təkliflərinin son təqdim olunma tarixi və vaxtı 06 iyul 2021-ci il saat 14:00-dan 09 iyul 2021-ci il saat 14:00-dək uzadılır. Zərflərin açılması tarixi və vaxtı isə 06 iyul 2021-ci il saat 16:00-dan 09 iyul 2021-ci il saat 16:00-a dəyişdirilmişdir.