Əhalinin sosial müdafiəsi gücləndirilir
Sosial həyat

Əhalinin sosial müdafiəsi gücləndirilir

Azərbaycan minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarının məbləğinə görə MDB ölkələri arasında ən yaxşı göstəricilərdən birinə malikdir.

2021-ci il yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Bu da ötən illə müqayisədə müvafiq olaraq orta hesabla 3,1 faiz çoxdur.

Ölkə başçısının 29 dekabr 2020-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununda 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat təsdiq edilmişdir.

Ölkəmizdə əhalinin daha yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin göstərilməsi daim diqqət mərkəzində olmuşdur. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas istiqamətləri vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin lazım olan sosial müdafiəsinin təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılmasına yönəldilib.

Dövlət başçımızın sosial sahədə apardığı ardıcıl uğurlu siyasət ölkə əhalisinin sosial müdafiəsini gücləndirir və rifah halını yaxşılaşdırır.

Kamil İSMAYILOV,

“Respublika”.