Migel Angel Moratinos: Ermənilər tərəfindən məscidlərin və teatr binalarının dağıdılması bizdə çox ağır təəssüratlar yaratdı
MÜSAHİBƏLƏR

Migel Angel Moratinos: Ermənilər tərəfindən məscidlərin və teatr binalarının dağıdılması bizdə çox ağır təəssüratlar yaratdı

İşğaldan azad olunmuş Azərbaycan ərazilərindəki vəziyyəti gəlib gözümüzlə gördük. Ermənilər tərəfindən bu yerlərdə olan məscidlərin, teatr və otel binalarının dağıdılması bizi çox kədərləndirir və hər birimizdə çox ağır təəssüratlar yaratdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ermənistanın işğalından azad olunmuş Ağdam rayonuna səfər zamanı jurnalistlərə açıqlamasında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos deyib.

“Biz gələcəyi düşünürük və ümid edirik ki, Azərbaycanın gözəl və zəngin tarixi abidələri olan bu ərazilər bərpa olunacaq, buralara həyat qayıdacaq. Əminəm ki, UNESCO-dakı təcrübəli ekspertlər qrupu burada yerləşən gözəl memarlıq nümunəsi olan tarixi məscidin yenidən bərpası istiqamətində əllərindən gələni əsirgəməyəcək”, - deyə Migel Angel Moratinos əlavə edib.

AZƏRTAC