Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Aparatın saxlanılması üçün 2021-ci il tələbatı üzrə ayrılmış vəsait hesabına Lot-7 “Maşın və avadanlıqlar”ın və Lot-8 “İnventarlar”ın satınalınması ilə əlaqədar kotirovka sorğusu elan edir.

Satınalma prosedurunda iştirak etmək istəyənlər vergi və rüsumları nəzərə almaqla təkliflərini möhürlənmiş, bağlı zərfdə 25.06.2021-ci il tarixində saat 10:00-a kimi Komitəyə təqdim etməlidirlər. Zərflərin açılış proseduru 29.06.2021-ci il tarixində saat 12:00-da Komitənin iclas zalında keçiriləcəkdir.

Satınalmalarla bağlı ödənişlər ayrılmış vəsaitə uyğun köçürmə yolu ilə həyata keçiriləcəkdir.

Satınalma prosedurlarının əsas şərtləri barədə məlumat almaq üçün (+994 12) 595-13-50 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.

Ünvan: AZ 1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti

1. Məcburi köçkün qəsəbələrində deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin aparılmasının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. İştirak etmək istəyənlər Bakı şəhəri, Tbilisi prospekti 129 ünvanına və 012 4301530 nömrəli telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlərlə 24.06.2021-ci il saat 15:00-dək yuxarda göstərilən ünvana müraciət edə bilərlər.


Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 221100 - Dəftərxana və təsərrüfat xərclərinin kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar +994 12 567 65 16 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovka təklifləri 25.06.2021-ci il saat 11:00-da açılacaq.

Ünvan: Heydər Əliyev prospekti-24.

Telefon: +994 12 567 65 16

E-mail: [email protected]


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində daşqınların qarşısının alınması, aradan qaldırılması məqsədilə Kür çayının aşağı axarında, həmçinin Salyan və Neftçala rayonlarından keçən hissələrində çayın ötürücülük qabiliyyətinin artırılması üçün dibdərinləşdirmə işlərinin aparılmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərinə uyğun olaraq, “Təkliflər sorğusu” üsulu ilə müsabiqə keçirir.

Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il 02 iyul saat 11:00-dək Bakı şəhəri, Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə, otaq 522-ci otağa müraciət edə bilərlər. Təkliflər sorğusu 02 iyul 2021-ci il saat 12-də keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Dilarə Qasımova

Tel.: 512 22 68


Şuşa Rayon İcra Hakimiyyəti aşağıdakı işlərin satınalınması məqsədilə kotirovka sorğusu elan edir

1. 5 ədəd kompüter dəsti

2. Plastik pəncərə 15,7 kv.m və şüşə 86,4 kv.m

Sənədlər 29 iyun 2021-ci il saat 17:00-a kimi qəbul olunur. Zərflər 30 iyun 2021-ci il saat 12:00-da açılacaqdır.


“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti çöl tədqiqatlarının aparılması işlərinin satınalınması məqsədi ilə kotirovka sorğusu keçirir və bu məqsədlə sahə üzrə ixtisaslaşmış şirkətləri qeyd olunan sorğuda iştirak etməyə dəvət edir.

Qiymət kotirovkaları qapalı zərfdə, imzalanaraq və möhürlənərək Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli küçəsi 72, M5 ünvanında yerləşən “Azərkosmos” ASC-yə 23.06.2021-ci il tarixində Bakı vaxtı ilə saat 17:00-dək təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunmuş zərflər qəbul edilməyəcək. Təklif zərfləri 24.06.2021-ci il tarixində Bakı vaxtı ilə saat 12:00-də qeyd olunan ünvanda açılacaq. Kotirovka təklifi zərflərin açılışı günündən başlayaraq ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Əlaqələndirici şəxs: Təşkilati işlər departamentinin satınalmalar üzrə mütəxəssisi - Pərviz İsgəndərov

Əlaqə nömrəsi: +(99412) 310-00-55.


“Bakı Metropoliteni” QSC tərəfindən 02  iyul 2021-ci il saat 12:00-da keçirilməsi nəzərdə tutulan müxtəlif növ fərdi mühafizə vasitələrinin satınalınması üzrə Açıq Tenderin vaxtı 16  iyul 2021-ci il tarixə saat 12:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07  iyul 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə 15 iyul 2021-ci il saat 12:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası kotirovka sorğusu üsulu ilə “Mətbəə məhsulları üzrə xərcləri”in və “İstehlakyönlü müxtəlif xidmətlər” in (tədbirin keçirilməsi) satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 404-12-00 (3307) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 25 iyun 2021-ci il saat 15:00 tarixinədək qəbul olunur. Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şosesi.