TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

MÜDAFİƏ NAZİRLİYİ MƏRKƏZİ APARAT ÜÇÜN 2021-ci İLDƏ TƏMİZLİK LƏVAZİMATLARININ SATIN ALINMASI ÜZRƏ

AÇIQ TENDER ELAN EDİR

Təmizlik ləvazimatlarının satın alınması.

Tender iştirakçıları öz tender təkliflərini elektron portal vasitəsi ilə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün, tender iştirakçıları lazımi maliyyə texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 100 manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən tələb olunan iddiaçı sənədlərini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu ala bilərlər. Sənədlərin təqdimi portal vasitəsilə həyata keçirilir.

Hesab: Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN: 1401555071, müxbir hesabı: AZ41NABZ01360100000000003944. S.W.İ.F.T. Bik: CTREAZ22; Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hesab №-si AZ84CTRE00000000000002058501, VÖEN:1300162621, Büdcə səviyyəsinin kodu 142593, Fond 3. Müdafiə Nazirliyinin tenderində iştirak haqqı.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilat iddiaçıların ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində, tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına prosedurlarına əsasən qiymətləndirəcəkdir.

Satınalan təşkilat hər hansı bir anda iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin iddiaçını tenderdən kənarlaşdırır.

Hər hansı tender təklifinin qiyməti satın alınan malların ehtimal olunan qiymətindən yüksək olarsa satınalan təşkilatDövlət satınalmaları haqqındaAzərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq həmin təklifi kənarlaşdıracaq.

Tenderdə iştirak etmək üçün bütün iddiaçılar aşağıdakı sənədləri elektron portal vasitəsilə təqdim etməlidirər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

- tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 %-i həcmində bank təminatı tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır qiymətləndirməyə buraxılmır.

Tender təklifinin təminatı bankların filialları ya bölmələri tərəfindən verildiyi halda, tender təklifinin təminatı filialları ya bölmələri təsis edən bankların İdarə heyəti tərəfindən təsdiq olunmalıdır).

Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməli, aşağıdakı sənədlər ilə təsdiq olunmalı sənədlər (tələb olunan formada) satınalan təşkilata elektron portal vasitəsilə təqdim edilməlidir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (malgöndərən tərəfindən hazırlanır);

- öz əmlakından sərbəst məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (malgöndərənin uçotda olduğu vergi orqanından alınır);

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (malgöndərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alır);

- Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında sənəd (malgöndərənin uçotda olduğu vergi orqanından alınır);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış (malgöndərən tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən ya ASAN Xidmət mərkəzlərindən (məhkumluq barədə arayış) alınır);

- İddiaçının nizamnaməsinin surəti (notarial qaydada təsdiq edilməli).

- Hüquqi statusunu təsdiq edən sənədlər (notarial qaydada təsdiq edilməli).

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə rekvizitləri

- Bank rekvizitləri (rəsmi məktub ya arayışla).

İddiaçılar tələb olunan sənədləri bir nüsxədə hazırlayıb, tenderdə iştirak etmək üçün 12 iyul 2021-ci il tarixə saat 10:00-dək, tender təkliflərini isə 22 iyul 2021-ci il tarixə saat 17:00-dək dövlət satınalmalarının vahid elektron portalı (bundan sonra - elektron portal) vasitəsilə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan tender təklifləri portal tərəfindən qəbul olunmayacaqdır.

Tender zərflərinin açılması proseduru portal vasitəsilə 23 iyul 2021-ci il tarixdə saat 10:00-da keçiriləcəkdir.

TenderDövlət satınalmaları haqqındaQanunun tələblərinə uyğun keçiriləcəkdir.

Tender haqqında əlavə məlumatları portal vasitəsiləsuallar cavablar/şikayətlərbölməsindən almaq olar.

Bakı şəhəri, Parlament prospekti 3.

Müdafiə Nazirliyinin tender komissiyası.

Əlaqələndirici şəxslər: O. Yaqubov.

Tel.şəhər 012-539-80-60 daxili 10 - 401