“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Digər xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasa Müşahidə Şurasının üzvləri, AZAL-ın İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar. Onlayn iclasda Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda “Azərbaycan Hava Yolları” QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib. Eyni zamanda, AZAL-ın fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası Azərbaycan Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

AZƏRTAC