ZƏFƏR FORUMU
Region

ZƏFƏR FORUMU

Zəfər Forumunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər rəsmi qonaqlar iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb, "Şəhid" Memorial Abidə-Kompleksini ziyarət ediblər.

Forum keçirildiyi məkanda Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.

Tədbiri giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov açaraq növbəti Zəfər Forumunun Ağstafada keçirilməsindən məmnunluq duyduğunu bildirib.

Prezident Administrasiyasının əməkdaşı Vüsal Quliyev Vətən müharibəsinin qələbəsinin Azərbaycan xalqının birliyinin Zəfər simvolu olduğunu söyləyərək Prezident İlham Əliyevin diplomatik cəbhədə də ölkə maraqlarını məharətlə və qətiyyətlə müdafiə etdiyini qeyd edib.

Forumda rayonlardan gələn Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.

Vəli VƏLİYEV,

"Respublika".