Yunanıstan Türkiyəyə təşəkkür edib
Türk dünyası

Yunanıstan Türkiyəyə təşəkkür edib

Yunanıstan meşə yanğınlarında göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

"Respublika" "Daily Sabah"a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.

"Yunanıstanda şiddətli meşə yanğınları ilə mübarizədə göstərdiyi köməyə və Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritisə verdiyi səmimi başsağlığına görə türk qonşularımıza təşəkkür edirik" - deyə, açıqlamada qeyd olunub.

Həmçinin Yunanıstan Xarici İşlər Nazirliyi də hazırda Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsində uğurlar arzulayıb.

Töhfə SƏMƏDOVA,
“Respublika”.