Rusiyanın Ankaradakı səfirinin qətli ilə bağlı daha bir nəfər saxlanılıb
Türk dünyası

Rusiyanın Ankaradakı səfirinin qətli ilə bağlı daha bir nəfər saxlanılıb

Türkiyə xüsusi xidmət orqanları Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətli işi üzrə daha bir nəfəri saxlayıb.

"Respublika" "Milliyet" nəşrinə istinadən xəbər verir ki, 2016-cı ilin 9 dekabrında Ankarada sərginin açılışında rusiyalı diplomatı güllələyən və hadisə yerində öldürülən polis əməkdaşı Mevlüt Mert Altıntaşın FETÖ təşkilatı daxilində tabe olduğu üzvü polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin adının isə gizli saxlanıldığı bildirilib.

Tacir SADIQOV,

"Respublika".