Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edib
Türk dünyası

Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edib.

"Respublika" Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə rəsmi görüşlər üçün Budapeştə gəlib.

Qeyd edək ki, Türkiyə prezidentini bir sıra nazirlər və dövlət rəsmiləri müşayiət edirlər. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.