Yevlax:  Ramazan ayı ilə əlaqədar iftar süfrəsi
Region

Yevlax:  Ramazan ayı ilə əlaqədar iftar süfrəsi

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP şəhər təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, veteranlar və aztəminatlı ailələr iştirak ediblər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İftar süfrəsində Bərdə rayonundakı Seyid Yusif Ağa ocağının nümayəndəsi Seyid Səbuhi müqəddəs Ramazan ayının fəzilətlərindən danışıb. Yevlax “Cümə” məscidinin imamı Hacı Eldəniz “Qurani-Kərim”dən ayələr oxuyub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev  qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Bu müqəddəs ayda açılan bütün iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Şəhər rəhbəri ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

Tədbirdə iştirak edənlər Azərbaycanın bugünkü sabitliyi, inkişafı və qüdrətlənməsi üçün çalışan respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

                  Zabit XƏLİLOV,

            “Respublika”.